06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakı və Tiflis təxribata qarşı cavab hazırlayır

27.02.2019

Gürcüstan və Azərbaycan münasibətlərinin pozulmasına yönəlik təxribatçı cəhdlərə mütləq qiymət veriləcək.
Bunu Gürcüstan Prezidenti Salome Zurabişvilinin Bakıya səfərini şərh edən politoloq İlqar Vəlizadə deyib. Politoloq müxtəlif qüvvələrin Azərbaycan-Gürcüstan münasibətlərini pozmağa cəhd etdiyini deyib:
"Müxtəlif zamanlarda üçüncü tərəflərin, xüsusilə də ermənilərin Gürcüstan və Azərbaycan münasibətlərinin korlanması istiqamətində cəhdlərinə baxmayaraq, onlar bu istəklərinə nail ola bilməyiblər. Bu mənada Gürcüstan və Azərbaycan münasibətlərinin pozulmasına yönəlik növbəti təxribatçı cəhdlərə də mütləq qiymət veriləcək”.
Ekspert Azərbaycan və Gürcüstan münasibətlərinin hər zaman yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb:
"Azərbaycan və Gürcüstanı hazırda irimiqyaslı və uzun illəri əhatə edəcək strateji layihələr birləşdirir. Gürcüstan və Azərbaycan hazırda bu layihələrin miqyasını və əhəmiyyətini daha da artırmağa çalışır. Hesab edirəm ki, on illiklərdən sonra da bu layihələr öz aktuallığını itirməyəcək”.
Qeyd edək ki, Gürcüstan Prezidenti Salome Zurabişvili hazırda Bakıda səfərdədir.