07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Onun bu hərəkəti hamını təəccübləndirdi + VİDEO

27.02.2019

"Dövran Media" regnum-a istinadən xəbər verir ki, Kim Çen Inın büllur külqabısı və onun belə səliqəli olması sosial şəbəkədə təəccübə səbəb olub.
KXDR-in lideri Cinin dəmiryolu vağzallarından birində siqaret çəkmək qərarına gəlib. Sosial şəbəkənin təəccübünə səbəb olan isə kadrlara düşən Kim Çen İn büllur külqabısı olub. Həmin videoçarx isə 26 fevral tarixində Global News kanalında dərc edilib. İstifadəçilər qeyd edirlər ki, Şimali Koreya lideri siqaretin külünü göyərtəyə deyil, bacısı Kim Yo Çenin əlində tutduğu böyük büllur külqabıya töküb. Çoxları zarafatyana şərh edərək bildiriblər ki, ABŞ prezidenti ilə baş tutan görüşdən sonra külqabını Donald Tramp tutacaq. Digərləri isə onun səhhətini qorumamasını qüsur hesab ediblər.
"DM"