29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Büdcəyə yenidən baxılacaq - Millət vəkili

26.02.2019

Mayda 2019-cu ilin dövlət büdcəsinə yenidən baxıla bilər.
Bu sözləri sosial müavinətlərin artırılması fonunda 2019-cu ilin dövlət büdcəsinə yenidən baxılması ilə bağlı suala cavabında millət vəkili Fazil Mustafa deyib. Millət vəkili büdcədən maliyyələşən təşkilatlarda məvaciblərin, onun ardınca isə sosial müavinətlərin artımından sonra 2019-cu ilin dövlət büdcəsinə dəyişikliyi tamamilə mümkün sayıb:
"Son dəyişikliklər fonunda məvacib və müavinətlərin məbləğinin artırılması büdcədə yer almayıb. Bu isə büdcədə daha çox xərclərin düzəldilməsini zəruri edir. Buna görə də mayda 2019-cu ilin dövlət büdcəsinə yenidən baxılacaq və orada düzəlişlər ediləcək. Bundan öncə hələ martın 15-16-da hökumətin hesabatında da bu məsələyə mütləq baxılacaq və müzakirələr zamanı təkliflərim olacaq”.
2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulan xərclərlə bağlı struktur dəyişikliyinə gəlincə, millət vəkili tikinti, abadlıq, təmir və digər başqa sahələr üzrə xəclərdə ixtisarların olacağını bildirib.