29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xəzər İbrahim: Xocalı soyqırımı tarixin ən amansız cinayətlərindəndir

26.02.2019

Xocalı qırğını insanlığa qarşı törədilmiş ən amansız və unudulmaz cinayətlərdəndir.
Bunu Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Anadolu agentliyinə verdiyi açıqlamada deyib.
O, 26 fevral 1992-ci ildə Azərbaycanın dinc əhalisinə qarşı soyqırımı aktı törədildiyini bir daha xatırladıb.
"Azərbaycan xalqı Xocalı cinayətlərində əli olan şəxsləri heç vaxt bağışlamayacaq”, - deyə X.İbrahim bildirib.
Səfir Azərbaycan xalqına qarşı törədilmiş cinayətləri, o cümlədən, Xocalı soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlılığını artırmaq üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə hələ bir neçə il əvvəl "Xocalıya Ədalət” kampaniyasının işə salındığını vurğulayıb.
Diplomat qeyd edib ki, Xocalıya hücumlara başçılıq etmiş erməni quldurları arasında Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan da yer alıb. Səfir Sarqsyanın britaniyalı jurnalist Tomas De Vaala verdiyi müsahibədə Xocalı cinayətlərində iştirakını etiraf etdiyini xatırladıb.
"Erməni birləşmələri guya dinc əhalinin təhlükəsiz keçidi üçün humanitar dəhliz yaratmışdı. Ancaq əslində, onlar mühasirəyə salındı, çoxları qətlə yetirildi”, - deyə X.İbrahim bildirib.
Onun sözlərinə görə, Azərbaycan xalqı hər zaman ixtilafların və problemlərin dinc yolla həllini dəstəkləyib.
"Ancaq biz heç vaxt erməni işğalı ilə barışan deyilik. Azərbaycan gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün iqtisadi və hərbi qüdrətini artırmağa davam edir”, - deyə X.İbrahim bildirib.
Diplomat Xocalı faciəsinin 27-ci il dönümü ilə əlaqədar səfirliyin xətti ilə Türkiyədə bir həftə ərzində müxtəlif anım tədbirlərinin təşkil olunacağını vurğulayıb./Oxu.az/