29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

6 ayda 6 milyon turist

26.02.2019

Bu ilin birinci yarısında Misirə altı milyon xarici turistin gəlməsi gözlənilir.
Bu barədə turizm sahəsinin yüksək ranqlı məmuru məlumat yayıb. Bildirilib ki, 2018-ci ildə ölkə, doqquz milyona yaxın turist qəbul edib. Misir, həmçinin Rusiyadan aviareyslərin bu ilin sonunadək bərpa edilməsinə və rusiyalı turistlərin Qırmızı dəniz kurortlarına qayıtmasına ümid bəsləyir.
Mütəxəssislərin fikrincə, Misirin turizm sənayesinin bərpası bütün ölkə ərazisində, xüsusilə turistik obyektlərdə təhlükəsizlik səviyyəsinin artması və məqsədyönlü marketinqlə bağlıdır. Məsələn, Qahirənin mərkəzindəki Misir Muzeyinə girişdə üç metal yoxlayan quraşdırılıb və ziyarətçilərin sənədləri üç yoxlamadan keçir. Həmçinin Giza Piramidalarına giriş ziyarətçilərin şəxsiyyət vəsiqəsi ilə və metal yoxlayanlarla həyata keçirilir. Bununla yanaşı, turist zonalarının xaricində mühafizə olunan marşrutlar qoyulub. Bu zonalara Yeni il qabağı törədilmiş və üç vyetnamlı turistin öldüyü terror hücumundan sonra ciddi nəzarət edilir.