29 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan təyyarəsində insident yaşanıb

26.02.2019

Azərbaycana məxsus təyyarə hava limanına eniş edərkən zolaqdan kənara çıxıb.
"Dövran Media" Oxu.az-a istinadən xəbər verir ki, hadisə "Silk Way Business Aviation” şirkətinə məxsus sərnişin təyyarəsinin Rusiyanın paytaxtı Moskvada yerləşən Şeremetyevo hava limanına enişi zaman baş verib.
Təyyarənin göyərtəsində üç nəfər olub və onların heç biri xəsarət almayıb. İlkin məlumatlara görə, təyyarəyə ziyan dəyməyib.
Bu barədə məlumatı Oxu.Az-a AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski təsdiqləyib.