Putin Ərdoğanın doğum gününü  TƏBRİK ETDİ 
    
                          
     
                         26.02.2019
 
    
                        Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan arasında telefon danışığı olub.
"Dövran Media" TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.  
Prezidentlər ikitərəfli görüşə hazırlıq prosesini müzakirə ediblər.
Qeyd olunur ki, Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının səkkizinci iclası aprel ayında baş tutacaq.
Telefon danışığı zamanı Rusiya lideri R.T.Ərdoğanı 65 illik yubileyi münasibətilə də təbrik edib.