29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Problemli kreditlərin həllinə görə pul ayrılır

26.02.2019

Prezident İlham Əliyevin dünənki müşavirədə nitqi tarixi bir çıxış idi və bu, Azərbaycan cəmiyyətinə bir daha nümayiş etdirdi ki, ölkənin iqtisadi inkişaf strategiyasının ana xəttini məhz əhalinin rifah halının yaxşılaşması təşkil edir.
Bu sözləri Prezident İlham Əliyevin iqtisadi və sosial məsələlərlə bağlı keçirdiyi müşavirədə problemli kreditlərə dair çıxışı haqda Axar.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib. Millət vəkili vurğulayıb ki, dövlət başçısı çıxışında vətəndaşları narahat edən problemli kreditlər məsələsinə xüsusilə toxunub və məsələnin yaxın zamanlarda həllini tapacağını bildirib:
"Dövlət başçısı problemli kreditlər məsələsinin həlli ilə bağlı fikirlərini kifayət qədər açıq şəkildə ifadə edərək, bu yöndə konkret tədbirlərin görülməsinə dair xüsusi tapşırıq verdiyini açıqladı. Hazırda məsələnin həlli istiqamətində araşdırmalar gedir. Bu prosesdə bir çox strukturlar iştirak edir. Problemli kreditlər məsələsinin həlli təkcə banklar deyil, dövlətin vəsaitləri hesabına da həll olunacaq”.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı keçirdiyi müşavirədə problemli kreditlər məsələsinin həlli ilə bağlı göstəriş verdiyini bildirib.