05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya: ABŞ-ın bu addımı qıcıqlandırıcıdır

26.02.2019

"Donald Kuk" hərbi gəmisinin Odessa limanına gəlişi ABŞ-ın açıq bir şəkildə Qara dənizdə varlığını artırdığını göstərir.
"Dövran Media" xəbər verir ki, bunu Rusiyanın ehtiyatda olan general-mayoru Vladimir Boqatırev bildirib.
Boqatırev qeyd edib ki, hərbi gəminin Odessaya gəlməsi Qara dənizdə ilk güc nümayişi olmaqla yanaşı, Ukraynadakı prezident seçkiləri ərəfəsində baş verənlərə siyasi dəstəkdir:
"Bütün bu hərəkətlər tamamilə qıcıqlandırıcı bir addımdır. ABŞ Qara dənizdəki varlığını artıraraq və buraya NATO gəmilərini göndərərək Rusiyanın cənub sərhədlərində yeni bir siyasi gərginlik zonası yaratmağa çalışır, gücünü nümayiş etdirir və eyni zamanda donanmamızın malik olduğu müdafiə imkanlarını yoxlayır".