05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda binada baş verən yanğının səbəbi açıqlandı - VİDEO

25.02.2019

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.
"Dövran Media" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Əlavə məlumat veriləcək.​
***
Yasamalda yaşayış binasında baş verən yanğının güclü olduğu və xəsarət alanların olduğu barədə iddia paylaşılıb.
Hazırda əraziyə yanğınsöndürən və təcili yardım maşınları cəlb olunub.
***
Səhiyyə Nazirliyindən verilən məlumata görə, yanğın baş verən əraziyə 5 təcili tibbi yardım briqadası göndərilib.
Qeyd olunub ki, hadisə ilə əlaqədar təcili yardıma saat 12.55 radələrində çağırış daxil olub.
***
Hazırda çoxmərtəbəli binada yanğın davam edir və söndürülməsi üçün tədbirlər görülür.
Report xəbər verir ki, binanın 14-cü mərtəbəsində bir ailənin 4 üzvü qalıb.
Xilasedicilər onları binadan çıxarmağa çalışırlar.
***
Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı tüstüdən zəhərlənən iki qadın 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.
Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Həkimlər 26 və 53 yaşlı iki qadının vəziyyətlərini orta ağır kimi qiymətləndirirlər.
Onların həyatları üçün təhlükə yoxdur.
***
"Bakı Xəbər" qəzetinin əməkdaşı Günel Cəlilova Şəfaət Mehdiyev küçəsində baş verən yanğın zamanı sakinlərlə birlikdə qəzetin baş redaktoru Aydın Quliyevin 4 yaşlı nəvəsi Emil və həyat yoldaşı Səadət xanımın da xilas edildiyini bildirib.
"Hazırda Emilin vəziyyəti yaxşıdır, Səadət xanımın isə narahatlığı qalmaqdadır. Hələlik yanğının səbəbi bilinmir”, – o qeyd edib.
***
Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğına səbəb elektrik yüklənməsi olub.
Bundan başqa, araşdırmalar zamanı məlum olub ki, binanın yanğından mühafizə sistemi işlək vəziyyətdə deyilmiş.
Qeyd edək ki, yanğın söndürülüb.