25 08 2025-cu il Bakı 30 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Davudoğlu yeni partiya yaradır?

25.02.2019

Türkiyədə yeni partiya yaradılması ilə bağlı iddialar gündəmə çevrilib.
Türkiyə mətbuatı yeni yaradılacaq partiyanın liderlərinin eks-prezident Abdullah Gül və sabiq baş nazir Əhməd Davudoğlu olacağını yazıb.
Oda TV nəşri məsələ ilə bağlı maraqlı bir məqama diqqət çəkib:
"İctimaiyyətdə bu məsələnin müzakirə edildiyi bir vaxtda diqqətçəkən bir təşəbbüs baş verib. İnternetdə "Yenibirparti.org” adlı sayt fəaliyyətə başlayıb”, - nəşr yazıb.
Saytın məlumat hissəsində partiyanın siyasətinin və siyasi vədlərinin partiya heyətinin kölgəsində qalmaması üçün qurucuların və partiyanın adının daha münasib bir vaxtda açıqlanacağı qeyd olunub.