06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Son yüz ilin ən güclü QARI

24.02.2019

ABŞ-ın Arizona ştatına 100 ilin ən güclü qarı yağıb.
"Dövran Media" xəbər verir ki, ştatda qarın qalınlığı bir metrə çatır.
Arizonanın Nəqliyyat Departamenti sürücüləri ştatın şimalına səfər etməməyə çağırıb. Yollarda qalan sürücülər son sutka ərzində yardım üçün polisə 400 dəfə zəng ediblər. Sinoptiklərin məlumatına görə, yaxın günlərdə ştat ərazisinə daha 7-8 santimetr qar yağacağı gözlənilir.
Hava şəraitinə görə Flaqstaff şəhərində fövqəladə vəziyyət rejimi elan olunub.
Qeyd edək ki, bundan əvvəlki rekord 104 il bundan öncə qeydə alınmışdı. Həmin zaman Flaqstaff şəhərinə 79 santimetr qar yağmışdı.