06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyaya gedənlərin sayında kəskin AZALMA

23.02.2019

Rusiyaya gələn miqrantların sayı 2005-ci ildə bu yana ən aşağı səviyyəyə çatıb.
"Dövran Media" xəbər verir ki, bu barədə Rusiya Federal Statistika Xidməti məlumat yayıb.
Belə ki, keçən il ölkəyə gələn miqrantların sayı 124,9 min nəfər olub. 2017-ci illə müqayisədə 2018-ci ildə miqrasiya artımı 41% və ya 87 min nəfər azalıb. Son 10 ildə ilk dəfə ölkəyə gələn miqrantların sayı təbii azalmanı kompensasiya edə bilməyib. Belə ki, keçən il ölkədəki əhalinin sayı 93,5 min nəfər azalıb.
2018-ci ildə Rusiyaya gələn xaricilərin sayı 4% azalıb, Rusiyadan gedənlərin sayı isə 17% artıb. Bununla bərabər 2018-ci ildə Rusiyaya ən çox miqrant Tacikistandan gəlib. Taciklər Rusiyaya gələn hər dörd miqrantdan biri olub. Tacikistandan sonrakı yerləri Qazaxıstan və Ukrayna tutub.
Qeyd edək ki, Rusiyaya 2014-ci ildən bu yana qədər ən çox miqrant Ukraynadan daxil olub.