06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə ən böyük dəstəkçisini İTİRƏ BİLƏR

23.02.2019

Britaniyanın Türkiyənin Avropa Birliyinə üzvlük prosesinin ən böyük dəstəkçilərindən biridir.
"Dövran Media" xəbər verir ki, bunu "Sözcü” qəzetinə açıqlamasında Britaniyanın Türkiyədəki səfiri Dominik Çilkot deyib.
"Türkiyənin AB-yə üzvlüyünün strateji bir dövr olduğuna inanırıq. Bu, Avropa üçün də yaxşı bir şey olacaq. Eyni zamanda bunun Türkiyə baxımından da doğru olacağına inanırıq. Breksitdən sonra AB-dən kənarda qaldığımıza görə Britaniya olaraq Türkiyəyə dəstək verə bilməyəcəyik. Üzvlük prosesinin dayanması Türkiyə ilə AB arasında daha başqa problemlərin ortaya çıxmasına səbəb ola bilər. Biz Türkiyənin üzvlük prosesinin aktiv olmasını istəyirik, amma bu, bütün AB üzvləri tərəfindən dəstəklənmir. Breksitdən sonra Türkiyə bəlkə də AB daxilində ən güclü dəstəyini itirəcək”, – deyə o bildirib.