06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İvanişvili deputatları partiyadan çıxarır

23.02.2019

Gürcü Arzusu Partiyasından deputat Eka Beseliyadan sonra daha bir neçə nəfər çıxarılıb.
"Dövran Media" xəbər verir ki, bu barədə İPN agentliyi özünün etibarlı mənbələrinə istinadən məlumat yayıb. Partiyadan qovulanlar arasında deputat Otar Çrdileli və digər daha bir neçə deputatın da olduğu vurğulanıb. Onların hamısı partiyadan Beseliyanın müəllifi olduğu hakimlərin təyinatının müvəqqəti dayandırılması haqqında qanun layihəsini dəstəkləməsinə görə qovublar.
Qeyd edək ki, Gürcü Arzusu Partiyasının təsisçilərindən olan Eka Beseliya dünən partiyadan ayrıldığını bildirib. Buna səbəb Beseliyanın 8 deputatla birgə hazırladığı qanun layihəsi olub. Parlamentdəki səsvermə zamanı isə qanun layihəsini ümumilikdə 15 deputat dəstəkləyib.