09 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Pkk-nın qorxulu yuxusu - FOTOLAR

12.03.2018

Türkiyənin Kilis şəhərində Türk Silahlı Qüvvələrinin "Zeytun budağı” əməliyyatında iştirak edən T-129 ATAK helikopteri nümayiş etdirilib.
"Dövran Media" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Quru Qüvvələri Komandanlığının inventarında olan milli ATAK helikopteri 2,5 saat havada qalmaq imkanına malikdir və verilən tapşırıqları uğurla yerinə yetirə bilir. ATAK 5 başlıqlı atəş sistemi, manevr qabiliyyəti və çevikliyi ilə bənzər vertolyotlardan seçilir.
Hücumçu vertolyot həm alçaq, həm də yüksək sahədə güclü mühərrikləri sayəsində sürətli manevr imkanı ilə diqqət çəkir. 20 millimetrlik 3 barrel top, 70 millimetr 2.75 düymlük raket, lazerli gövdəyə malik ATAK uzunməsafəli tank əleyhinə silah kimi istifadə edilir.