İran Səudiyyəni   müzakirəyə çağırdı 
    
                          
     
                         22.02.2019
 
    
                        Əgər lazım gələrsə, İran nüvə müqaviləsindən öncəki dövrə qayıdacaq. Bunun üçün İran texnoloji potensiala malikdir.
"Dövran Media" xəbər verir ki, bu sözləri İran Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi deyib.
"ABŞ-ın birtərəfli olaraq müqavilədən çıxmasından sonra Avropanın lazimi addım atmasını gözləyirik. Bundan əlavə, İran Səudiyyə Ərəbistanı ilə açıq müzakirələrə də hazırdır. İranın Səudiyyə Ərəbistanının ərazisində və sərvətində gözü yoxdur. Biz bütün region ölkələri üçün rahatlıq və güvən istəyirik", - Salehi qeyd edib.