“Neolit” davasına görə saxlanılan blogerə   terror ittihamı 
    
                          
     
                         21.02.2019
 
    
                        Rusiya Federal Təhlükəsizlik Xidməti Moskvadakı "Neolit” restoranındakı kütləvi davadan sonra həbs edilən bloger Əlibəy Mirzəxanovu terrorizmdə şübhəli bilir.
"Dövran Media" xəbər verir ki, bunu TASS agentliyinə açıqlamasında rusiyalı blogerin vəkili Şamil Yandarbayev deyib. Onun Rusiya Cinayət Məcəlləsinin 205-ci maddəsi (terror təşkilatının fəaliyyətinin təşkili) və 205.1 maddəsi (terror fəaliyyətinə dəstək) ilə şübhəli bilindiyi vurğulanıb.