07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çanaqqalada 5 bal gücündə zəlzələ olub

20.02.2019

Türkiyənin Çanaqqala şəhərinin Ayvacıq ərazisində zəlzələ baş verib.
"Dövran Media" Türkiyə mediasına istinadən xəbər verir ki, zəlzələ 5 bal gücündə qeydə alınıb.
Zəlzələnin Mərmərə - Egey bölgələri boyunca, İstanbul, Bursa, Balıkəsir, Ədirnə və İzmir şəhərlərində də hiss edildiyi bildirilib.
Zəlzələdən dolayı Çanaqqala sakinləri arasında ciddi təşviş yaşanıb və insanlar küçələrə axın edib.
Ayvacıq səmtinə elektrik enerjisinin verilişi dayandırılıb.
Yeraltı təkanların ən azı 30 saniyə davam etdiyi deyilib.
Qəndilli rəsədxanası isə zəlzələnin maqnitudasının 5,5 gücündə olduğu barədə informasiya yayıb.
Dağıntılar və tələfat barədə hər hansı məlumat verilməyib.
***
Türkiyənin rəsmi qurumları zəlzənin 5 bal gücündə olduğunu bildirib.
Hazırda vətəndaşlar küçələrə axışıb. Bəzi bölgələrdə isə elektrikin kəsildiyi bildirilib.
İstanbul Valiliyi də şəhərdə hər hansı problemin olmadığını bəyan edib.