06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu gecə Kiçik çillə bitir

20.02.2019

Xalq inancına görə, bu gecədən etibarən Azərbaycanda Kiçik çillə başa çatır və Boz ay başlayır. 
"Dövran Media"nın xəbərinə görə, Kiçik çillədə havalar sərt şaxtalarla müşahidə olunur.
Sərt soyuğuna görə Kiçik çillə mifologiyada amansız, həyatı donduran, qorxulu bir qüvvə kimi təsvir olunur. Elə çillə sözü özü də məşəqqət, əzab, əziyyət mənasında işlədilir. Kiçik çillə 20 gün davam edir.
Qədim türklərin inancına görə, qış fəsli Böyük çillə, Kiçik çillə və Boz ay olmaqla, üç hissəyə bölünür. Böyük çillə 40 gün, Kiçik çillə 20 gün, Boz ay 30 gün davam edir. Boz ayın bitməsi ilə elimizə Novruz qədəm qoyacaq.