07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ATƏT sədri Bakıya gəlir - TARİX

20.02.2019

ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiya xarici işlər naziri Miroslav Layçak Azərbaycana martın 5-də səfərə gələcək.
Bu barədə Report-a Slovakiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Xatırladaq ki, ötən gün Moskvada mətbuat konfransı zamanı M.Layçak Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr aparmaq üçün gələn ayın birinci yarısında Azərbaycana və Ermənistana səfər etmək niyyətində olduğunu demişdi.
Ümumiyyətlə, Slovakiyanın ATƏT-ə sədrlik dövründə əsas prioritetləri regionda həlli uzadılan münaqişələrin nizamlanması və təşkilat məkanında münaqişələrin qarşısının alınmasına dəstək vermək olacaq.
Daha əvvəl bildirilmişdi ki, Slovakiya ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəal iştirak etmək niyyətindədir.