06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezident İlham Əliyev Günter Ottingerlə görüşdü

20.02.2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger ilə görüşüb.
"Dövran Media" xəbər verir ki, görüşdə Cənub Qaz Dəhlizinin uğurlu icrasından məmnunluq ifadə edildi, bu baxımdan Məşvərət Şurasının toplantılarının önəmi vurğulanıb.
Prezident İlham Əliyev bu layihənin icrasında Avropa İttifaqının fəal iştirakını və rolunu qeyd edib, Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirildiyini bildirib.
Günter Ottinger Avropa Komissiyasının prezidenti Jan Klod Yunkerin salamlarını Prezident İlham Əliyevə çatdırıb. O, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında iştirak etməkdən məmnunluğunu bildirib, layihənin icrasında Azərbaycan tərəfindən peşəkar komandanın fəal çalışdığını vurğulayıb. Qonaq bu layihənin uğurlu icrasında Azərbaycanın etibarlı tərəfdaş olduğunu bildirib.
Dövlətimizin başçısı Avropa Komissiyasının prezidenti Jan Klod Yunkerin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Avropa Komissiyasının prezidentinə çatdırmağı xahiş edib.
Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında digər sahələrdə də uğurla həyata keçirilən əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.