07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Beynəlxalq qrup Naxçıvanda silahlara baxış keçirir - FOTO

20.02.2019

Danimarka Krallığının rəhbərlik etdiyi, tərkibində ABŞ, Almaniya, Böyük Britaniya və Çexiyadan nümayəndələrin də olduğu, 9 nəfərdən ibarət beynəlxalq inspeksiya qrupu tərəfindən Əlahiddə Ümumqoşun Orduda "Elan olunmuş yer"in inspeksiyası və qiymətləndirməsi aparılıb.
MN-dən veriən məlumata görə, "Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə”, "Təhlükəsizlik və Etimad Quruculuğu Tədbirlərinə dair Vyana Sənədi” çərçivəsində döyüş tanklarının, zirehli döyüş maşınlarının, çapı 100 mm-dən yuxarı olan artilleriya qurğu və sistemlərinin, döyüş təyyarələrinin və zərbə helikopterlərinin sayı yoxlanılıb, əsgər yataqxanalarına, tibb məntəqələrinə və hərbi hissələrin ərazisindəki digər binalara baxış olub.
İnspeksiyanın sonunda beynəlxalq inspeksiya qrupunun və hərbi hissələrin nümayəndələrinə xatirə hədiyyələri təqdim edilib.
Səfər çərçivəsində qonaqlar muxtar respublikanın tarixi abidələrində, görməli yerlərində və Duzdağ Fizioterapiya Mərkəzində olublar.