04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezidentin vəzifə verdiyi diplomat Harvard məzunudur

19.02.2019

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinə Fərid Şəfiyevi sədr təyin edib.
"Dövran Media" F. Şəfiyevlə bağlı bəzi məlumatlar əldə edib. O, 1969-cu ildə Bakı şəhərində anadan olub. 1989-1994-cü illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. 2002-2003-cü illərdə Harvard Universiteti, Kennedi Dövlət Məktəbinin dövlət idarəçiliyi üzrə magistr dərəcəsinə yiyələnib. 2009-2015-ci illərdə Karlton Universitetində tarix üzrə elmlər doktoru (PhD) dərəcəsini alıb.
1996-cı ildən XİN sistemində işləyir. 1998-2001-ci illərdə Azərbaycanın BMT yanında Nümayəndəliyində çalışıb. 2009-2014-cü illərdə Azərbaycanın Kanadada, 2014-cü ildən bu günə qədər isə Çexiyada səfiri işləyib.
F.Şəfiyev Azərbaycan, İngilis, Rus, Türk dillərini sərbəst, Fransız və Çex dillərini orta səviyyədə bilir.