04 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Pensiyalarla bağlı qanun təsdiqləndi

19.02.2019

Milli Məclisin bugünkü plenar iclasında "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik müzakirə edilib.
"Dövran Media" xəbər verir ki, qanun layihəsi barədə millət vəkili Hadı Rəcəbli məlumat verib.
Millət vəkili bildirib ki, bu dəyişiklik aztəminatlı ailələrin vəziyyətinin yaxşılaşmasına xidmət edir.
"Qanuna edilən dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 160 manat müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Bu vaxta qədər pensiyanın minimum məbləği 116 manat idi, lakin 80 manat da pensiya alan var idi. Bu dəyişiklikdən sonra təkcə 9 min nəfərin pensiyası 2 dəfə artmış olacaq”.
Qanun səsə qoyularaq qəbul edilib. Dəyişiklik mart ayının 1-dən qüvvəyə minir.