29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Bəziləri islahatları öz adlarına çıxırlar” - İTTİHAM

19.02.2019

"Bəzi insanlar ölkə başçısı tərfindən həyata keçirilən addımları öz adlarına çıxırlar. Həmin şəxslər xalqı aldatmaq üçün bu addımları atırlar”. 
"Dövran Media" xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib:
"Bilirsiniz ki, cənab Prezident seçildiyi gündən islahatların keçiriləcəyini bəyan etmişdi. Ayrı-ayrı sahələrdə insanların təminatı ilə bağlı proqrmlar hazırlanmışdı. Lakin bəziləri ucuz düşüncəli tərzdə insanları aldatmaq, ölkə başçısının atdığı addımları öz adlarına çıxmaq istəyirlər. Bu onların naşılığıdır. Hansı ki, həmin insanlar vaxtilə büdcəni talamaqla məşğul idilər”. 
Ötən gün ölkə başçısının iştirakı ilə Sumqayıtda zavodun açılış mərasimin keçirildiyini xatırladan S.Novruzov bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində yerlərdə emal müəssiələri açılır, çox böyük proqramlar, vergidə, gömrükdə islahatlar həyata keçirilir: 
"Vətəndaşlar bu atılan addımları müsbət qarşılayır. Bu addımlar kiminsə yürüş, piket keçirməsinin nəticəsi deyil. Həmin şəxslər əksinə, bu layihələrin həyata keçirilməsini istəmirlər”.