Sarksiyanın qardaşı oğurladığı  18,5 milyonu qaytardı 
    
                          
     
                         19.02.2019
 
    
                        Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın kiçik qardaşı "Saşik” ləqəbli Aleksandr Sarkisyan büdcəyə 18,5 milyon dollar qaytarıb.
"Dövran Media" Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə məlumatı baş nazirin mətbuat katibi Vladimir Karapetyan da təsdiqləyib.
Aleksandr Sarkisyan onun azadlığa buraxılacağı təqdirdə oğurladığı bütün pulları yeni hökumətə verəcəyini demişdi.