29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Elçin Xəlilovun qatili həbs edildi - FOTO

19.02.2019

Ötən ayın 14-də ABŞ-ın Şimali Karolina ştatının Şarlotta şəhərində qətlə yetirilmiş həmvətənimiz Elçin Xəlilovun qətlində şübhəli bilinən qatil yaxalanıb. Bu barədə mətbuata Şarlotta polisi məlimat verib.
"Dövran Media" Musavat.com-a istinadən xəbər verir ki, Tayron Lamark Miller adlı bu adam dünən Texas ştatının Dallas şəhərində həbs olunub.
Onun son beş ildə ABŞ-da yaşayan Elçin Xəlilovu işlətdiyi mağazada güllələdiyi məlum olub.
Cinayətin baş verdiyi ərəfəni göstərən videoda görünür ki, başlıqlı və hər qoluna "love" yazılmış gödəkçə geymiş Miller Şimali Şaron-Rouddakı FixEr elektronika mağazasına gedir.
Qeyd edək ki, Elçin Xəlilov Şarlottada mobil telefonların təmiri və satışı ilə məşğul olub. Bir neçə il öncə vətəni qazanc dalınca tərk edib, ABŞ-a köçmüşdü. O, Sumqayıtda 3 saylı orta məktəbi bitirib, İnşaat və Memarlıq Universitetinin məzunu olub.