29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qar yağdı: yollarda vəziyyət necədir?

19.02.2019

Hazırda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzən-Şabran hissəsində yağış, Quba və Qusar rayonları ərazisindən keçən hissəsinə qar yağır. Havanın temperaturu müsbət olduğundan yolda qar yoxdur, hərəkət təmin olunub. Quba rayonunun Xınalıq, Qusar rayonunun Şahdağ ərazisində yollarda 5-10 sm qar var, lazımi tədbirlər görülür və nəqliyyatın hərəkəti təmin olunur.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Agentlik ölkənin müxtəlif ərazilərində yollardakı son vəziyyətlə bağlı məlumatı təqdim edib:
"Giləzi-Xızı - qar yağır, səhər saatlarından başlayaraq, yol qardan təmizlənib, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır.
Bakı-Qobustan - qar yağır, 1-2 dərəcə şaxta var. Yolun Cəngi-Qobustan hissəsinə 7-10 sm qar yağıb. Səhər saatlarından başlayaraq, yol qardan təmizlənib, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır.
Qobustan-Şamaxı-Muğanlı - güclü qar yağır, 1-2 dərəcə şaxta var. Hazırda yolun qardan təmizlənməsi işləri aparılır, eyni zamanda qum-duz səpilir. Hərəkət təmin olunub.
Muğanlı-Ağsu-Yevlax avtomobil yolunun Muğanlı-Ağsu hissəsinə qar yağır, səhər saatlarından başlayaraq, yol qardan təmizlənib, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır.
Bakı-Ələt-Hacıqabul - sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti normaldır.
Hacıqabul-Ucar-Yevlax - yolun Hacıqabul-Ucar hissəsinə sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti normaldır.
Yevlax-Gəncə-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi - yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.
Muğanlı-İsmayıllı - qar yağır, şaxta yoxdur. Səhər saatlarından başlayaraq, yol qardan təmizlənib, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
İsmayıllı-Oğuz-Qəbələ-Şəki - qar yağır, yolun İsmayıllı-Qəbələ hissəsində yola 7 sm qar yağıb. Səhər saatlarından başlayaraq, yol qardan təmizlənib, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır. Yolun Oğuz-Şəki hissəsində sulu qar yağır.
Şəki-Qax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu - yağış və sulu qar yağır. Nəqliyyat vasitələrinin hərəkəti normaldır.
Yevlax-Şəki (Göybulaq)-Şəki rayonu ərazisində yağış yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti normaldır.
Gəncə-Daşkəsən-Xoşbulaq - yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Şəmkir-Gədəbəy - yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.
Ələt-Astara-İran İslam Resp. ilə dövlət sərhədi avtomobil yolu - yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.
Masallı-Yardımlı - yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.
Lənkəran-Lerik - yağıntı yoxdur, hava dumanlıdır, nəqliyyat vasitələrinin hərəkəti normaldır.