29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Polisdən hava ilə bağlı XƏBƏRDARLIQ

18.02.2019

Nazirliyin hava şəraitinin dəyişməsi, temperaturun aşağı düşməsi və sulu qar yağması xəbərdarlığı ilə bağlı Baş Dövlət Yol Polis İdarəsi məlumat yayıb.
BDYPİ-dən verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.
BDYPİ bununla əlaqədar sürücülərin nəzərinə çatdırır ki, yollarda yarana biləcək yol qəzaları və diqər xoşagəlməz halların qarşısının alınması üçün avtomobilləri idarə edərkən sürücülər diqqətli olmalı, bəzi yolların buz bağlama ehtimalının nəzərə alaraq, idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçmələri, zərurət olmadan ötmə əməliyyatı aparmamaları və qəfil manevrlər eləcədə kəskin tormazlama etməmələri tövsiyə olunur.
Sonda bildirilir ki, qarlı, buzlu yollarda sürücülük təcrübəsi az olan sürücülərin belə hava şəraitində avtomobil idarə etmələrinin onların özləri, eləcədə digər hərəkət iştirakçılarının həyat və sağlımlığı üçün təhlükə yaratma ehtimalının yüksək olması nəzərə alınaraq, qeyd olunan hava şəraitində sükan arxasına əyləşməmələri xahiş olunur.