28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dünyanın ən xoşbəxt şəhəri

18.02.2019

"Dövran Media" sizə dünyanın ən xoşbəxt şəhəri haqqında məlumat verir.
Görəsən dünyada elə bir səhər varmı ki, orada bütün insanlar xoşbəxt yaşasınlar? Belə görünür ki, var. Dünyanın ən xoşbəxt şəhərini müəyyən etmək üçün dizayn və konsaltinq şirkəti olan Arcadis küllı miqdarda vəsait və vaxt sərf etmişdir. Müəyyən olub ki, bu, Cənubi Koreyanın paytaxtı Seul şəhəridir. Baxmayaraq ki, Seul onmilyonluq əhaliyə malik meqapolisdir, lakin təmiz, yaxşı saxlanılan, cox gözəl bir şəhərdir. Amma əsas məsələ budur ki, Seul dünyanın ən sağlam, ən xeyirxah və ən ağıllı şəhəri adlandırılır. Burada əhali arasındakı ictimai fərqliliklər də böyük deyil. Xüsusilə qeyd etmək lazımdır ki, nəinki yerli əhali, hətta bu şəhərə gələn turistlər də özlərini xoşbəxt hiss edirlər. Məsələn, orta gəlirləri nisbətən aşağı olan sakinlərə pulsuz smartfon və kompyuterlər verilir ki, bütün seullular internetə və şəhərin yüksək sürətli şəbəkələrinə qoşulsunlar. Meqapolisin küçələrində isə köhnə binalara, köhnə fənərlərə (yəni yüksək texnologiyaya malik olmayan) və hətta nimdaş paltarlara çətin ki, rast gələsiniz. Ən başlıcası isə şəhər bütövlükdə daim parlaq və təbəssüm dolu üzlərdən ibarətdir. Bu da ayındır - planetimizin ən xoşbəxt şəhəridir!
"DM"