08 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıdakı çeçen əsilli məşqçi “Neolit” hadisəsindən danışdı

17.02.2019

Fevralın 14-də Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən "Neolit” restoranında azərbaycanlılarla çeçenlər arasında yaranmış qalmaqala Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov da reaksiya verib.
"Dövran Media" xəbər verir ki, F.Umudov Moskvada baş verən hadisəni təxribat adlandırıb.
"Son günlər Rusiyada bəzi qüvvələrin təxribatı nəticəsində həmvətənlərimizlə dost çeçen xalqının nümayəndələri arasında xoşagəlməz hallar baş verib və bu, xeyli narahatlıq doğurur. Yüzilliklər boyu dost və qardaş münasibətində olan xalqlar arasında bu cür hallar qətiyyən yolverilməzdir. Bu gün ölkəmizdə çeçen xalqının xeyli sayda nümayəndəsi yaşayır, sərbəst güləş üzrə yığma komandamızın böyük məşqçisi milliyyətcə çeçen olan Zəlimxan Hüseynovdur. Mütəmadi olaraq Çeçenstan idmançıları ilə birgə təlim-məşq toplanışlarında iştirak etmişik və aramızda heç zaman fikir ayrılığı olmayıb. Hətta qarışıq döyüş növləri üzrə dünyaca məşhur çeçen idmançılar Mairbek Taysumov və Yusuf Raisov da bizimlə təlim-məşq toplantısında bir araya gəlib və səmimi qəbul üçün təşəkkür ediblər. Azərbaycan həmişə çeçen xalqına öz kömək əlini uzadıb, yardımını əsirgəməyib”, - F.Umudov deyib.
Sərbəst güləş üzrə Azərbaycan yığmasının böyük məşqçisi, çeçen əsilli Zəlimxan Hüseynov da insanları belə təxribatlara uymamağa çağırıb:
"Hörmətli qardaşlar, bu cür təxribatlara uymayın. Çünki bu hərəkətlər islamın bütün normalarına ziddir. Mən Azərbaycanda sərbəst güləş üzrə millinin böyük məşqçisiyəm. Hər kəsi bir-birinə hörmət, səbir və qarşılıqlı anlaşma göstərməyə çağırıram”.