29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya sıxışdırılır - Səbəblər

16.02.2019

Münhendə dünən işə başlayan Beynəlxalq Təhlükəsizlik Konfransında Rusiyanı yamanca sıxışdırıblar.
"Dövran Media" xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Qərb ölkələrinin əksər təmsilçilərinin çıxışlarında beynəlxalq aləm üçün əsas təhlükələrdən biri kimi Rusiyanın siyasəti göstərilir:
"Təsadüfə bax ki, SSRİ qoşunlarının Əfqanıstandan çıxarılmasının 30 ili tamam oldu. Moskvanın Əfqanıstanın daxili işlərinə qarışması avantürası SSRİ kimi imperiyanın çöküşünü sürətləndirən əsas səbəblərdən biri oldu. Dərs çıxarmadılar. SSRİ-nin yerini indi də Rusiya "tutmağa” çalışır, Gürcüstana və Ukraynaya müdaxilə, bütün perimetr boyu separatçılara dəstək, üstəgəl, başqa bir "yeniliyə” də əl atıblar: hədəf saydığı ölkələrdəki seçkilərə kiberhücumlar təşkil edirlər. Bu cür "yüklə” Münhenə gedən rusiyalı diplomatlar və politoloqlar hələ Qərbin tənqidlərini haqsız sayır”.
Qeyd edək ki, dünən 55-ci Münhen Təhlükəsizlik Konfransı öz işinə başlayıb. Konfrans 17 fevrala qədər davam edəcək.