29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yeni kürd planı: ABŞ-ı kimlər əvəz edəcək?

16.02.2019

Pentaqon Suriyanın şimal-şərqində Avropa ölkələri ilə birgə bufer zona yaradılması planı üzərində çalışır.
"Dövran Media" xəbər verir ki, bu iddia ilə "Vaşinqton Post” qəzeti çıxış edib. Məlumata görə, yeni missiyanın hədəfi kürd qüvvələrini Türkiyənin təhdidlərindən qorumaq olacaq:
"Pentaqon plan üzərində çalışır, amma hələlik heç bir ölkə öz ordusunu bunun üçün təqdim etməyib. Plana əsasən, Avropa ölkələri bölgədə 1500 əsgər yerləşdirəcəklər. Əgər bu baş versə, Tramp Suriyanın şimal-şərqində 200 hərbçi saxlamaq istəyəcək. Bu kontingent kəşfiyyat, idarəetmə və komandanlıq məsələlərinə yardım göstərəcək. Hazırda bəlli deyil ki, yeni missiyanın NATO bayrağı altında fəaliyyət göstərib-göstərməyəcəyi bilinmir. Bilinən əsas məsələ odur ki, Britaniya, Fransa və Almaniya bu planın reallaşmasında iştirak etməyəcək”.