29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Səfirdən Türkiyədəki erməni kanalı ilə bağlı - AÇIQLAMA

15.02.2019

Luys TV adlı erməni televiziyasının yayımlarına səlahiyyətli dövlət orqanları tərəfindən nəzarət ediləcək.
Bu sözləri Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ərkan Özoral Türkiyədə yenicə fəaliyyətə başlayan Luys TV adlı erməni televiziyası haqda Axar.az-a danışarkən deyib.
"Bildiyiniz kimi, Türkiyədəki demokratik həyatın tərkib hissəsi kimi qeyri-türk dillərində də radio və televiziya proqramları yayımlana bilir. Bu proqramlar dövlətin təsis etdiyi təşkilatlar tərəfindən yayımlana bildiyi kimi, vətəndaşların da qeyri-türk dillərində proqramlar yayımlayan radio və televiziya kanalı açmaq hüququ vardır. Qeyd etdiyiniz bu təşkilatın da bu qayda əsasında yaradılmış bütün media təşkilatları kimi Türkiyə Respublikasının qanunlarına uyğun olaraq fəaliyyət göstərmək öhdəliyi var və bütün media təşkilatları kimi, yayımlarına səlahiyyətli dövlət orqanları tərəfindən nəzarət ediləcək”.