09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

“Məhəbbət əfsanəsi” Sankt-Peterburqda

15.02.2019

Martın 23-də Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrının "Mariya-2” səhnəsində SSRİ Xalq artisti Arif Məlikovun üçpərdəli "Məhəbbət əfsanəsi” baleti nümayiş olunacaq.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, Balet Mariinski Teatrında martın 21-dən 31-dək keçiriləcək XVIII Beynəlxalq Balet Festivalı çərçivəsində təqdim ediləcək.
Səhnə əsərində Fərhadın partiyasını Rusiyanın Əməkdar artisti Vladislav Lantratov, Məhmənə Banunu isə Rusiyanın Xalq Artisti Mariya Aleksandrova ifa edəcək. Digər iştirakçılar barədə əlavə məlumat veriləcək.
"Məhəbbət əfsanəsi” baletinin dünya premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrı) reallaşıb. Gözəl musiqi və parlaq xoreoqrafiya bu baleti daim arzulanan repertuar əsərlərindən birinə çevirib. Əsərin uğurlu olmasının sirri burada hadisələrin yeni quruluşda cərəyan etməsində, baletin dramaturgiyasındadır.