09 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Real” TV peyk yayımına bu tarixdə başlayacaq

10.03.2018

"Real” TV-nin peyk yayımına başlayacağı tarix məlum olub.
Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov APA-ya bildirib ki, "Real” TV-nin martın 12-dən sonra "Azərspace-1” peykində yayıma başlaması nəzərdə tutulub.
Qeyd edək ki, martın 5-də MTRŞ-da "Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. MTRŞ-nın qərarına əsasən, "Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.
"Real" TV-nin baş direktoru Mirşahin Ağayevdir.
"DM"