06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çeçenlərin azərbaycanlıların kafesinə hücumu - VİDEO

15.02.2019

Rusiyada Moskvanın Peçatniki rayonun Kuryanova küçəsi, ev 28 ünvanında azərbaycanlılara məxsus "Neolit" kafesində fevralın 14-də saat 23 radələrində silahlı atışma baş verib.
"Dövran Media"report-a istinadən bildirir ki, avtomat və tapança ilə silahlanmış 40-50 nəfərdən ibarət bir qrup çeçen "Neolit" kafesinə hücüm edib.
Kafedə baş verən silahlı qarşıdurma rayonun digər yerində də davam edib. Çeçenlər azərbaycanlıların maşınlarını təqib edərək onları atəşə tutublar. Kafe ilə yanaşı, obyektin sahibi Yaşar Əliyevin maşını da çiddi xəsarət alıb. Hazırda hadisə yerində hüquq mühafizə orqanlarının əməkdaşları çalışırlar. İnsidentdə iştirak edən 10 nəfərdən çox şəxsin polis tərəfindən saxlanıldığı bildirilir. Hadisəyə səbəb Azərbyacan millətini təhqir edən Əlixan adlı çeçenin azərbaycanlılar tərəfindən tapılaraq üzr istədilməsidir.