08 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Putin: “Trampa mane olanlar var”

10.03.2018

ABŞ prezidenti Donald Tramp Vaşinqton və Moskva arasında münasibətlərin normallaşmasını istəyir, lakin ona mane olanlar var.
Bunu Rusiya prezidenti Vladimir Putin NBC telekanalına müsahibəsində bəyan edib.
"Biz sizə düşmən damğası vurmamışıq. Siz parlament səviyyəsində, Konqres səviyyəsində Rusiyanı düşmən siyahısına daxil etmisiniz. Niyə bunu etdiniz? Məgər biz ABŞ-a qarşı sanksiyalar tətbiq etmişik? ABŞ bizə qarşı sanksiyalar tətbiq edib. Biz başqa ölkələrin işlərinə qarışmırıq. ABŞ isə daima Rusiyada seçkilərə müdaxilə edir və hətta bunu gizlətmir. Güman edirəm ki, Donald Tramp münasibətlərin normallaşmasını istəyir, amma ona mane olan qüvvələr var”, deyə V.Putin əlavə edib/
Rusiya prezidenti həmçinin deyib ki, iki ölkə arasında gərginliyin azalması, münasibətlərin normallaşdırılmasının tərəfdarıdır.
"DM"