04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ-ın çevriliş planı iflas oldu

14.02.2019

Venesuela müxalifətinin bir çox tərəfdarı və onun ABŞ-dakı müttəfiqləri Nikolas Maduronun hakimiyyətinin ABŞ-ın hərbçilər arasında ona olan dəstəyi zəiflətmək planından sonra tezliklə dağılmasını gözləyirdi.
"Dövran Media" xəbər verir ki, bu barədə "Vol Strit Jurnal” yazıb.
Nəşrin yazdıqlarına əsasən, müxalifətin və parlamentin lideri Xuan Quaidonun özünü müvəqqəti prezident elan etməsindən 3 həftə keçməsinə baxmayaraq, hələ də Maduronun vəziyyətə nəzarət etməsi sözügedən planı şübhə altında qoyub.
Nəşrə danışan adı açıqlanmayan ABŞ-ın keçmiş yüksəkçinli məmurunun sözlərinə görə, Vaşinqton Maduronun gedişinin "24 saatlıq əməliyyat” olacağını ehtimal edib. Çünki planı hazırlayan şəxslər ABŞ və Cənubi Amerika ölkələrinin Quaidonu dəstəkləməsindən sonra hərbçilərin də müxalif liderin tərəfinə keçəcəyini düşünüblər.