08 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yunanıstanın baş nazirinə sərt tənqid: Ərdoğana niyə zəng etmirsən?

09.03.2018

Yunanıstanın Baş naziri Aleksis Çiprasa Türkiyə sərhədlərini pozduqları üçün həbs edilən 2 yunan əsgəri ilə bağlı parlamentdə təzyiq göstərilib.
"Dövran Media" xəbər verir ki, Çiprasın parlamentdə çıxışı zamanı müxalif Yeni Demokratiya Partiyasının lideri Kiriakos Miçotakis onu sərt şəkildə tənqid edib.
Miçotakis Çiprası yunan əsgərlərinin həbsi məsələsində ciddiyyət nümayiş etdirməməkdə ittiham edərək, ondan bu günə qədər niyə Ərdoğana zəng etmədiyini soruşub. Baş nazir isə öz növbəsində mütəmadi olaraq yaşanan bu tip sərhəd məsələlərini böyük bir siyasi problemə çevirməyəcəyini və ehtiyac olacağı təqdirdə, ordu komandanlığı ilə məsləhətləşdikdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edə biləcəyini vurğulayıb.
Qeyd edək ki, sərhədi pozan 2 yunan əsgərini Türkiyə həbs edib.