20 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Azərbaycanlı həbs edildi - Rusiyada

13.02.2019

Rusiya Federasiyanın Udmurtiya Respublikasında yaşayan Azərbaycan vətəndaşı miqrasiya qanununu pozduğuna görə həbs edilib.
"Dövran Media" xəbər veri ki, bununla bağlı Udmtv.ru portalı məlumat yayıb.
Bildirilib ki, 43 yaşlı İsgəndərov İsgəndər Qənbər oğlu ötən ilin martında İjevskdə saxlanılıb. O, Rusiya ərazisinə qanunsuz daxil olmaqda ittiham edilib.
Məlumatlara görə, bundan əvvəl o, miqrasiya qanunlarını pozduğu üçün saxlanılıb və Rusiya ərazisinə girişi 2025-ci ilədək qadağan edilib. Buna baxmayaraq, İ.İsgəndərov sənədlərini dəyişərək, yenidən Rusiyaya daxil olub.
O, məhkəmə tərəfindən altı ay müddətinə azadlıqdan məhrum edilib. Həbsxanadan çıxdıqdan sonra İ. İsgəndərov Rusiyadan deportasiya ediləcək.