20 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Söyün Sadıqovun həbs səbəbi - AÇIQLAMA

13.02.2019

Azərbaycanlı biznesmen Söyün Sadıqovun Rostovda saxlanılması ilə bağlı bəzi məqamlar ortaya çıxıb.
"Dövran Media" xəbər verir ki, Sadıqov "Nebuq” şirkətinin rəhbəri Madiros Oskanov adlı erməni əsilli sahibkarın külli miqdarda pulunu mənimsəməkdə ittiham olunur.
Sadıqov özünü Oskanova "İnterles-L” şirkətinin əməkdaşı kimi təqdim edib. Azərbaycanlı biznesmen "Nebuq” şirkətinə aid torpaq və pulun qanunsuz olduğunu bildirib. Bu problemin həlli və cinayət təqibindən qaçmaq üçün Sadıqov biznesmendən 100 milyon rubl və 1 hektar ərazi istəyib.
Hüquq-mühafizə orqanı əməkdaşlarına müraciət edən Oskanov bundan sonra Sadıqovla yerli suşi-barların birində görüşüb. Görüş zamanı Sadıqov erməni biznesmendən 5 milyon rubl alan zaman polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, dünən Rusiya mətbuatı Sadıqovun fırıldaqçılıqda ittiham olunması haqqında məlumat yaymışdı. Günahı sübuta yetiriləcəyi təqdirdə Sadıqovun 10 il azadlıqdan məhrum ediləcəyi bildirilmişdi.