27 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Səddamı devirməklə səhv etdik - Etiraf

13.02.2019

Səddam Hüseyni devirməklə səhv etdik, İrana girməli idik.
"Dövran Media" xəbər verir ki, bu sözləri Danimarkanın ifrat sağçı Xalq Partiyasının sözçüsü Soren Espersen deyib.
Espersen 2003-cü ildə Danimarkanın İraq müharibəsinə qoşulmasını yanlış adlandırıb.
"Əlbəttə, Səddam Hüseyni devirməli və bütün bu faciələrə yol açmalı deyildik. Liviyada Qəddafi və Misirdə Mübarək kimi sekulyar liderlər Yaxın Şərqdə sabitliyi təmin edirdi. Hamısının devrilməsinə və bugünkü xaosun yaradılmasına yardım etdik. İsrailli kürəkənim də o vaxt bunu mənə söyləmişdi. İsraildə paraşütçü idi və "Yanlış ölkəyə hücum edirsiniz. İrana hücum etməlisiniz” demişdi. Onu dinləməliydim”, - Espersen bildirib.