Berluskoni italyanları   dəli adlandırdı 
    
                          
     
                         13.02.2019
 
    
                        İtaliyanın sabiq baş naziri Silvio Berluskoni ona səs verməyən ölkə vətəndaşlarını axmaq adlandırıb.
"Canale 5” televiziyasının məlumatına görə, 82 yaşlı siyasətçi italyanların əksəriyyətinin dəli olduğunu bildirib.
"Neçə nəfər Berluskoniyə səs verir? Yüz nəfərdən 5-6 nəfər. Buna görə utanıram. İtalyanların əksəriyyəti dəli olub”, - deyə o, sahibi olduğu "Canale 5” televiziyasının populyar verilişində qeyd edib.
Berluskoni may ayında Avropa Parlamentinə keçiriləcək seçkilərdə iştirak edəcəyini bildirib. O hesab edir ki, Avropa İttifaqında dəyişikliklər zəruridir.