02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Aktyorlar nazirə məktub GÖNDƏRDİ

12.02.2019

Ölkəmizin ilk müstəqil teatrı olan ADO maliyyə çətinliklərindən dolayı məkanını itirə bilər. Yaranmış problemlə bağlı 200-dən çox incəsənət nümayəndəsi Mədəniyyət naziri Əbülfəs Qarayevə açıq müraciət edib.
"Dövran Media" müraciətin mətnini təqdim edir:
"Cənab Nazir! ADO Teatrı ölkəmizdə artıq 6 ildir ki, fəaliyyət göstərir. Bu illər ərzində teatr, çoxlu sayda yerli və beynəlxalq layihələrdə uğurla iştirak edib. Hazırda isə, teatr Bakı şəhəri, Mirzəağa Əliyev küçəsi 245 ünvanında yerləşən məkanını itirmək təhlükəsi ilə üz-üzə qalıb, icarə haqqını ödəməkdə çətinlik çəkir.
ADO teatrının məkan probleminin həll olunması istiqamətində müvafiq addımlar atmağınızı sizdən xahiş edirik. Hesab edirik ki, adı çəkilən teatrın fəaliyyətinin davam etməsi – Azərbaycanın müasir mədəniyyətinin formalaşmasında müsbət rol oynayacaq”.
Məktubu Fəxrəddin Manafov, Ramiz Novruz, Afaq Bəşirqızı, Həmidə Ömərova, Bəsti Cəfərova, Rəfael Dadaşov, Ayşad Məmmədov və Bəhram Bağırzadə də daxil olmaqla 211 tanınmış sənət adamı imzalayıb.