02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ-ın tələbini vəliəhd RƏDD ETDİ

12.02.2019

ABŞ jurnalist Camal Qaşıqçının ölümündə əli olanların cəzalandırılması üçün Səudiyyə Ərəbistanına təzyiq göstərir.
"Dövran Media" xəbər verir ki, bu barədə "Vol Strit Jurnal” yazıb.
Nəşrin məlumatına görə, Ağ Ev vəliəhd Məhəmməd bin Salmandan Qaşıqçının ölümündə əsas şübhəli sayılan Səud əl-Kahtaninin sərt şəkildə cəzalandırılmasını tələb edib. Ancaq Vaşinqtonun bu tələbi Səudiyyə Ərəbistanı tərəfindən rədd edilib.
Nəşrin Səudiyyə hökumətinə yaxın mənbələri cinayətin baş verməsindən sonra məhkəmədəki vəzifəsindən azad edilən Kahtaninin hələ də vəliəhdin ən yaxın adamı olduğunu söyləyib. Kahtaninin həmçinin vəliəhdin bütün məsələlərdə məsləhətləşdiyi ən yaxın adamı - müşaviri olduğu və Məhəmməd bin Salmanın ona vəziyyət sakitləşdikdən sonra əvvəlki vəzifəsinə geri qayıtmaq sözü verdiyi bildirilib.