02 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sabir təhqir edildi - FOTO

11.02.2019

İmişli rayonunda dahi Azərbaycan şairi Mirzə Ələkbər Sabirin adı verilən parkda xoşagəlməz mənzərə yaranıb.
"Dövran Media" xəbər verir ki, bu barədə sosial şəbəkədə foto paylaşılıb.
Məlumata görə, M.Ə.Sabirin parkda yerləşən heykəlinin yanında tullantılardan ibarət zibilxana yaradılıb. Rayon sakinləri zibillərin parkda fəaliyyət göstərən çayxananın işçiləri tərəfindən atıldığını və bununla bağlı müvafiq qurumlara şikayət etsələr də, heç bir tədbir görülmədiyini vurğulayıblar.
Üstəlik, fotodan görünür ki, abidənin önü də abad deyil. Belə ki, heykəlin düz önündən "parkinq” kimi istifadə edilir.
İmişli Rayon İcra Hakimiyyətdən məsələ ilə bağlı yaxın saatlarda açıqlama veriləcəyi bildirilib./kult.az