02 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mübarizin posteri ilə ermənilərə SƏRT CAVAB - Video

11.02.2019

Gürcüstanda yaşayan soydaşlarımız bu ölkədə Xocalı soyqırımının iştirakçısı, Qarabağda mülki əhalini qətlə yetirən erməni terrorçu Mixail Avaqyanın büstünün qoyulmasına Mübarizbrahimovun adı ilə cavab veriblər.
Məlumatda bildirilir ki, soydaşlarımız Milli Qəhrəman Mübariz İbrahimovun böyük plakatlarını Tiflis şəhərindəki məşhur Sülh körpüsünün üstündən asıblar.
Həmçinin, Tiflisdəki Ermənistan səfirliyinin hasarına Mübariz İbrahimovun böyük posterləri vurulub.
Hadisənin 4 fevral səhər saatlarında olduğu qeyd edilib.
Xatırladaq ki, 20 yanvar 2019-cu ildə Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində Abxaziya və Qarabağın işğalında iştirak etmiş, Xocalı soyqırımını törədən cinayətkarlardan olan separatcı Mixail Avaqyana abidə ucaldılıb. Bu addım soydaşlarımızın ciddi etirazına səbəb olub.