27 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Günəş gəlir: Türkiyə millisi üçün sürpriz

10.02.2019

Türkiyə Futbol Federasiyası (TFF) bu ölkənin yığma komandasında baş məşqçi dəyişikliyinə hazırlaşır.
"Dövran Media" xəbər verir ki, TFF 15 illik fasilədən sonra Şenol Günəşi "ay-ulduzlular"ın "sükanı arxasına" gətirmək fikrinə düşüb.
Hazırda "Beşiktaş"ı çalışdıran, lakin İstanbul klubu ilə müqaviləsinin müddəti yayda bitəcək 66 yaşlı mütəxəssis, iyuna qədər həm bu komandanı, həm də millini çalışdıracaq. Tərəflər belə bir razılıq əldə edə bilməsə, Günəşin qısa zaman içində "Beşiktaş"dan ayrılması və və sadəcə, yığma komandanı çalışdırması gözlənilir. "Qara qartallar"ı isə mövsümün sonuna qədər Quti çalışdıracaq.
Günəşin Türkiyə yığmasındakı ikinci baş məşqçilik dönəmində ilk sınağı AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Albaniya ilə səfər oyunu (22 mart) olacaq. Bundan 3 gün sonra isə doğma meydanda Moldova ilə qarşılaşma baş tutacaq.
Türkiyə yığmasını hazırda Mirça Luçesku çalışdırır. Rumın mütəxəssislə müqavilənin müddəti yayda başa çatacaq. Amma 73 yaşlı məşqçinin tezliklə istefaya göndərilməsi nəzərdə tutulub. Onun rəhbərliyi altında 17 matça çıxan Türkiyə yığması cəmi 4 qələbə qazandığı halda, 6 heç-heçəyə razılaşıb, 7 dəfə məğlubiyyətlə üzləşib.
Ş.Günəş daha öncə 2000-2004-cü illər aralığında Türkiyə yığmasını çalışdırıb. Onun rəhbərliyi altında "ay-ulduzlular" DÇ-2002-nin bürünc medallarını qazanıb.